ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda polis idarəsini federal nəzarət altına alacağını və Milli Qvardiyanı şəhərə yerləşdirəcəyini açıqlayıb.
MillətinSəsi.info xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında deyib.
Prezident bu addımı paytaxtı cinayətlərdən, qan tökülməsindən, səfalətdən xilas etmək üçün atacağını bildirib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan başlayacağını, lakin cinayətə qarşı daha geniş mübarizənin ABŞ-ın digər ərazilərində də aparılacağını söyləyib.