Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb - VİDEO

 18-08-2024

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib.

Fövqəladə Hallar Nazirliyindən  verilən xəbərə görə, artıq amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərinin Karşıyaka, Kemalpaşa və Çeşmə rayonlarında dünən axşam saatlarında baş verən yanğının söndürülməsi üçün işlər davam edir.

Karşıyakada yanğının söndürülməsi üçün 3 briqada və 18 texnika cəlb edilib. Ərazidə bir kənd boşaldılıb.

İzmirin Kemalpaşa rayonunda da yanğın baş verib. Külək nəticəsində alovun sahəsi genişlənib. Əraziyə xilasetmə, səhiyyə və jandarma heyətləri göndərilib.

İzmirin Çeşmə rayonunda da yanğınla bağlı məlumat daxil olub. Baş verən yanğına 6 təyyarə, 1 helikopter və texnikalar cəlb edilib.

Digər tərəfdən, Türkiyənin Manisa şəhərində də 3 gündür başlayan meşə yanğınlarına qurudan vıə havadan müdaxilə davam edilir.

Yanğının söndürülməsində 3 təyyarə, 9 helikopter, 70 su tankeri, 17 su təchizatı maşını və 6 briqada iştirak edir.

Türkiyənin Bolu şəhərində meşə yanğınlarının söndürülməsi üçün isə 10 helikopter, 1 kəşfiyyat təyyarəsi, 2 pilotsuz uçuş aparatı, 90 su tankeri və 637 heyət üzvü cəlb edilib.

Yanğının yayılmasının qarşısını almaq üçün intensiv tədbirlər görülür. Əraziyə yaxın yerlərdəki yaşayış məntəqələri boşaldılır.

Bənzər yazılar

0.057589054107666