Aqil Abbas: "Sevincdən kövrəldim, sağ ayaqları bizimkilərin başına"

 29-03-2024

“Qarabağ”ın oyununu necə həyəcanla izləyirəmsə, Gürcüstanın milli komandasını da o həyəcanla izləyirdim. Elə gürcü qardaşlarımız kimi mən də sevincdən kövrəldim. Gürcü futbolçuların sağ ayağı bizimkilərin başına”.

Ölkə.Az xəbər verir ki, bu sözləri deputat Aqil Abbas bildirib.

O deyib ki, Gürcüstanda həmişə futbol olub və sovetlər vaxtında Avropa çempionatında da iştirak ediblər və çempion da olublar: “SSRİ çempionatında isə iki dəfə ölkə çempionu olublar, beş dəfə Kubok alıblar, həmişə də üç yerdən birində qərarlaşıblar, təsadüfi hallarda 4-5-ci yerdə olublar. SSRİ yığma komandasında da həmişə 4-5 futbolçu ilə təmsil olunublar”.

Deputat vurğulayıb ki, indi Avropa çempionatında iki ölkəyə - Türkiyəyə və Gürcüstana azarkeşlik edəcək.

“Martın 26-da Gürcüstan Yunanıstana qalib gələrək Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazandı. Son saniyəyə qədər də pələng dərisi geymiş pəhləvana dönüb vuruşdular. Və penaltilərdə qapıçılarının şücaəti hesabına yunanları ağlatdılar. Yunanlar kədərdən, gürcülər də sevincdən ağladılar. Yolları açıq olsun,” – o deyib.

 

 

Bənzər yazılar

0.056152105331421