Misir Mərdanov xəstəxanaya yerləşdirilib?

 10-06-2025

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

MillətinSəsi.İnfo Modern.az-a istinadla xəbər verir ki, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.

Misir Mərdanov da hazırda xəstəxanada olduğunu təsdiqləyib.

"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacağam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacağam".

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov səhhətində problem yaranması ilə bağlı yayılan xəbərlərlə aydınlıq gətirib.

M.Mərdanov Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edib ki, xəstəxanaya yerləşdirilməyib, yayılan məlumatlar yanlışdır:

"Hər şey qaydasındadır. Sadəcə, gedib tibb müəssisəsində analiz verib, çıxıb gəlmişəm".

Qeyd edək ki, M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.

1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır.

Bənzər yazılar

0.07067084312439