Aysun Mirişliyə hökm oxundu

 27-02-2024
Narkotik dövriyyəsində ittiham edilən tiktoker Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.
 
Ölkə.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
 
Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.
 
Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.

Bənzər yazılar

0.24669694900513