"Badamdar Hotel"də külli miqdarda yeyinti - Cinayət işi açıldı

 06-05-2024
"Badamdar Estates" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Badamdar Hotel & Residences"də külli miqdarda mənimsəmə faktı qeydə alınıb. 
 
Qaynarinfo.az-ın məlumatına görə, hadisədə günahlandırılan Qarayev Dünyamalı İntizam oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
 
İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. 
 
Qeyd edək ki, "Badamdar Estates" MMC-nin qanuni təmsilçisi Anar İbrahimov Əhmədiyə oğludur. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 23876.42 manat vergi borcu var. Anar İbrahimov Azərbaycanda ən məşhur otellərin baş meneceridir. 
 

Bənzər yazılar

0.21071195602417