Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

 05-05-2024

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib.

Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Oğlu ilə bağlı xatirələrini bölüşən şəhid anası Təranə Əliyeva onun müharibəyə yollanmasından danışıb:

"Müharibə başlayanda dedi ki, mən mütləq getməliyəm. Yük daşıyırdı, Xızıya mal aparmışdı. Gəlib dedi ki, gedirəm. Söylədim ki, Abbas, bəlkə nə vaxt çağırsalar, onda gedəsən. Dedi ki, mən getməyim, o getməsin, bu getməsin, bəs kim getsin?!”.

T.Əliyeva Abbasın şəhid olmasını öyrənməsindən bəhs edərkən qeyd edib ki, ona əvvəlcə oğlunun yaralandığı deyilib:

"Dedilər ki, onu gətirmək üçün bizlə kimsə getməlidir. Hiss etdim ki, yaralanmayıb. Çünki yaralansaydı, onu hospitala yerləşdirərdilər. Daha sonra getməsi üçün qaynatasına zəng etdik. Onun nəşini gətirəndə qayınatasından ilk olaraq soruşdum ki, balamın bütün əzaları yerində idi?”.

 

Bənzər yazılar

0.62139892578125