Qusar xəstəxanasında baş verənlər Şabran prokurorluğunda ARAŞDIRILACAQ

 16-04-2025

Qusar Mərkəzi Xəstəxanası ilə bağlı aparılan araşdırmalar Şabran prokurorluğuna həvalə edilib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə ki, bu barədə qərar baş prokuror Kamran Əliyev tərəfindən verilib. 

Bunun Qusar rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin Baş Prokurorluğa müraciətindən sonra baş verdiyi bildirilir.

Məlumatlara görə Qusar xəstəxanası ilə bağlı araşdırmaların Şabran prokuroluğuna həvalə edilməsinə səbəb sözügedən tibb müəssisəsinin aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva tərəfindən pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi, həmçinin ötən il  Qusar Rayon Mərkəzi Xəstəxanasında 23 nəfərin dünyasını dəyişdiyi iddiaları ilə bağlıdır. 

Bənzər yazılar

0.060876846313477