Yağış yağdı, yolları su basdı – Video

 16-04-2025

Məlum olduğu kimi, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Paytaxt və Abşeron ərazisinə yağan aramsız yağışlar bu gün səhər saatlarında yola çıxan sürücü və piyadalara çətinlik yaradıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

Hazırda paytaxt ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.

Məhdudiyyət tətbiq edilən yollar bunlardır:

1. Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib;
2. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub;
3. Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

FHN-in qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

MillətinSəsi.İnfo xəbər verir ki, yağış suları ilə dolan yollardan biri olan Sumqayıt şəhərindən Saray qəsəbəsinə giriş hissədən görüntüləri təqdim edir:



Bənzər yazılar

0.061503887176514