İdarə işçisi söyüş üstündə qətlə yetirildi - İşi məhkəmədə idi

 26-02-2024

Fevralın 26-da saat 19:00 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

Qətlin bəzi təfərrüatları məlum olub.

APA xəbər verir ki, hadisə zamanı qətlə yetirilən 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlu rayonun Suvarma sistemleri idarəsinin işçisi olub. Bu gün zərərçəkən Buruc kəndi ərazisində əkin sahələrinə görə pulu yığan zaman 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu mübahisə edib.

Muradxan Hüseynov pulu olmadığını və əkin sahəsinə görə suyun ödənişini edə bilməyəcəyini bildirib. Bu zaman tərəflər arasında söyüş üstündə mübahisə yaranıb.

Bundan sonra Muradxan Hüseynovun Elbrus Şəmilovu kəsici alətlə qətlə yetirdiyi bildirilir.

Hadisəni törətməkdə şübhəli olan şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, qətlə yetirilən Elburus Şəmilov barəsində cinayət işi olub və məhkəmənin icraatında imiş.

Bənzər yazılar

0.2202410697937