Şəhid anası diqqətdən kənarda qalıb? 

 28-12-2023

Sosial şəbəkələrdə şəhid anasının qayğıya ehtiyacının olduğu iddia edilib.

Söhbət şəhid Həsən Qalib oğlu Həsənovun anası Muminat Həsənovadan gedir.

İddialarda aidiyyəti qurumlar tərəfindən şəhid anasına qarşı laqeyd münasibət bəslənildiyi, ananın sosial durumunun yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülmədiyi qeyd olunub.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhid Həsən Qalib oğlu Həsənovun anası Muminat Həsənova da digər şəhid ailələri kimi dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

M.Həsənovaya birdəfəlik sığorta ödənişi (11 min manat) edilib və ona aylıq olaraq 1057,8 manat sosial ödəniş (o cümlədən 600 manat təqaüd və əlilliyə görə 457,8 manat pensiya) verilir.

M.Həsənova 25 aprel 2019-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb və onun sosial-məişət şəraitinin yaxşılaşdırılmasına növbəlilik qaydasında baxılacaq.

Bənzər yazılar

0.15463399887085