Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

 24-04-2024

Sumqayıtda fəaliyyət göstərən “Real Hospital”dan maddi ziyan tələb edilir.

Qaynarinfo.az xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib.

Lakin birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Cəmilə Abbasova apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Xumar Mərdanovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

“Real Hospital” 2014-cü ildən fəaliyyət göstərir. Müəssisənin bundan əvvəl “Real” Tibb Mərkəzi adlandırılıb. 2015-ci ildə müəssiənin lisenziyası ləğv edilib. Bundan sonra “Real” Tibb Mərkəzi “Real Hospital”a çevrilib.

Mediada gedən məlumatlara görə, xəstəxana Xətai rayonun keçmiş icra başçısı Razim Məmmədova məxsusdur.

Razim Məmmədov təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun və Sumqayıt “Univermaq Zaman” kimi tanına iş adamı Zaman İsgəndərovun bacısı oğludur.

Xəstəxanaya hazırda 1 saylı doğum evinin keçmiş baş həkimi, Zaman İsgəndərovun qızı Sevda İsgəndərovanın nəzarət etdiyi iddia olunur.

Bənzər yazılar

0.05630898475647