Yardımlı və Masallı rayonlarının mərkəzində qazın verilişi bərpa olunub.
"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı” yüksək təzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı saat 10:00-dan Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatı məhdudlaşdırılmışdı.
Həmçinin Masallı rayonu ərazisində yerləşən, “Masallı" qaz paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar , Kolatan kəndləri olmaqla 17 000 əhali abonentin və 225 sənaye obyektinin qaz təchizatı bu gün saat 10:00-dan dayandırılmışdı.