Moskvanın Tversk Məhkəməsi ötən gün paytaxt hava limanında birində saxlanılan Rusiya təhsil nazirinin keçmiş müavini Denis Qribovu istintaq təcridxanasına göndərib.
"Ölkə.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, eks-məmur xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur:
"Moskvanın Tversk Rayon Məhkəməsi Denis Qribovla bağlı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinə əsasən (xüsusilə böyük miqyasda dələduzluq) həbs şəklində qabaqlayıcı tədbir seçib".
Qeyd edək ki, daha əvvəl Rusiya Daxili İşlər Nazirliyi Rusiya təhsil nazirinin keçmiş müavininin Moskva hava limanlarından birində saxlanılmasının görüntülərini dərc etmişdi. O, Rusiya Federasiyasından kənarda istintaqdan gizlənib. Həmin şəxs xaricdən gələrkən saxlanılıb.
Xatırladaq ki, o, tabeliyində olan institutun keçmiş prorektoru, kadr şirkətinin rəhbəri və işçisi ilə birlikdə müəllim hazırlığı üçün büdcədən oğurluq sxemi hazırlayıb.