Bu da BRICS-in YENİ LOQOSU - Braziliya dünyaya hansı mesajı verir?

 22-12-2024

Braziliya ölkənin BRICS-ə sədrliyi çərçivəsində istifadə olunacaq loqotipi təqdim edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə məlumat Braziliya hökumətinin saytında dərc olunub .

Bu Amazon tropik meşələrində bitən sumauma pambıq ağacı olacaq.

Loqo mavi fonda çoxrəngli ağacdır. Braziliya bayrağının rənglərinə əsaslanan ağacın rəng sxeminə qırmızı, yaşıl, mavi, sarı və narıncı daxildir.

Bəyanat təbiətdə hündürlüyü 60 metrə, eni isə iki metrə çata bilən pambıq ağacının xüsusiyyətlərini təsvir edir.

Qeyd olunub ki, loqo “diplomatiyanın əzəmətini” nümayiş etdirmək və BRICS-in sosial-iqtisadi və siyasi əzəmətini çatdırmaq məqsədi daşıyır.(publika.az)

Bənzər yazılar

0.097000122070312