Panama kanalı yenidən ABŞ-ın mülkiyyətinə keçə bilər.
"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.
Siyasətçinin sözlərinə görə, Panama tərəfindən alınan kanal haqqı, xüsusən də ABŞ-ın göstərdiyi səxavət nəzərə alınmaqla, “sadəcə gülüncdür”.
"Ölkəmizdən bu tam qaçış dərhal dayandırılmalıdır", - deyə Tramp yazıb.
Onun fikrincə, Panama kanalı ölkənin iqtisadiyyatında və milli təhlükəsizliyində oynadığı rola görə ABŞ üçün “həyati əhəmiyyət kəsb edir”. Tramp həmçinin kanalın transferi müqaviləsinin şərtlərinə zidd olsa da, Çinin Panama kanalından istifadəni davam etdirməsindən narazılığını bildirib .
"Prezident Cimmi Karter prezidentliyi dövründə onu axmaqcasına bir dollara verəndə ona Çin və ya başqası yox, yalnız Panama nəzarət edə bilərdi", - siyasətçi qeyd edib.
O, belə nəticəyə gəlib ki, əgər “bu səxavətli ianə jestinin” əxlaqi və hüquqi prinsiplərinə əməl edilməsə, Birləşmiş Ştatlar Panama kanalının “tam və şübhəsiz” geri qaytarılmasını tələb edəcək.(publika.az)