Rusiya Kiyevi və Lvov aeroportunu bombalayıb - VİDEO

 18-03-2022

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin Podolsk rayonundakı yaşayış məhəllələrini atəşə tutub.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Kiyev Şəhər Administrasiyası teleqramda məlumat yayıb:

“Hadisə yerində artıq xilasedici və tibb işçiləri fəaliyyət göstərir. Yaşayış binalarına dəymiş ziyanın miqdarı və zərərçəkmişlərin sayı dəqiqləşdirilir”.

 
Bundan başqa, Ukraynanın Lvov şəhərindəki hava limanı bu gün səhər saatlarında bombalanıb.
 
Bombalanmadan sonra hava limanından dumanın qalxmasını əks etdirən kadrları Kann Diplomatik masasının müxbiri Amiçai Stein öz tvitter hesabında yayıb.
​​​​​​​

 

Bənzər yazılar

0.69989013671875