80 manatlıq müavinət artırılmalıdır – Deputat Siyavuş Novruzov 

 06-11-2023

Müxtəlif sahələrdə, xüsusən də nəqliyyat, kommunal sahədə qiymət artımı baş versə də, müharibə veteranlarına verilən 80 manatlıq müavinət artırılmır. 

Bunu deputat Siyavuş Novruzov parlamentdə 2024-cü il büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ölkədə müharibə veteranlarının sayı 90 min nəfər təşkil edir və büdcəmiz də sosial yönümlü olduğundan büdcədə onların müavinətinin artırılmasına imkanlar var. 

“Onların müavinəti artarsa, azacıq da olsa, sosial vəziyyətinin yaxşılaşmasına xidmət edər”, - deputat qeyd edib. 

Deputat eyni zamanda ünvanlı sosial yardım məsələsində islahatların aparılmasını təklif edib.

O bildirib ki, bu gün hamıya ünvanlı sosial yardım verib insanları ələbaxanlılığa öyrədə bilmərik. 

“Ünvanlı yardım yalnız buna ehtiyacı olan şəxslərə verilməlidir. Ona görə də bu sahədə islahatlara ehtiyac var”, - deputat bildidirb.

 

Bənzər yazılar

0.18116211891174