Azərbaycan və Gürcüstanın maliyyə nazirləri görüşüblər

 02-05-2024

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili Azərbaycanın maliyyə naziri Samir Şərifov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

"Ölkə.az" xəbər verir ki, görüş Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı çərçivəsində baş tutub.

Tərəflər Gürcüstan və Azərbaycan arasında ticarət-iqtisadi, tranzit və nəqliyyat sahələrindəki məsələləri nəzərdən keçirib, həmçinin regional kontekstdə iki ölkənin tərəfdaşlığının əhəmiyyətini vurğulayıblar.

Bənzər yazılar

0.17553400993347