80 manatın verilməsi ilə bağlı yeni formul TƏKLİF OLUNDU

 04-11-2023

Deputat veteranlara verilən 80 manat müavinətlərin gələcəkdə artırılması ilə bağlı yeni formulq və ya mexanizm yaradılmasını təklif edir. 

Belə bir təkliflə deputat Vüqar Bayramov parlamentdə 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı deyib.

“Veteranlara verilən 80 manatlıq müavinət, əslində, kommunal xərclər üçün nəzərdə tutulurdu. Amma həmin 80 manatlıq müavinət müəyyən ediləndə kommunal xərclərlər indiki xərclər arasında fərqlər yaranıb. Artıq kommunal xərclər artıb. Ona görə də bununla bağlı xüsusi formula və ya mexanizm müəyyən edilsin ki, kommunal xərclər artdıqca veteranlara verilən müavinət də avtomatik olaraq ona uyğun indeksasiya olunaraq artsın”, - deputat qeyd edib.

 

 

Bənzər yazılar

0.22464799880981