Deputat İltizam Yusifov: "Artıq qlobal güc mərkəzləri TDT ilə hesablaşır"

 03-11-2023

Türk Dövlətləri Təşkilatı (TDT)  gənc bir qurum olmasına baxmayaraq, artıq tam hüquqlu beynəlxalq təşkilata çevrilib və qlobal güclərlə bərabər şəraitdə qarşılıqlı fəaliyyət göstərir. 

Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

Deputat bildirib ki, Astanada Türk Dövlətləri Təşkilatının “Türk əsri” çağırışı altında baş tutan 10-cu yubiley Zirvə görüşü türk dünyasını gələcəkdə necə görməyimizin bütün mənalarında -strateji, ideoloji, ideoloji və siyasi cəhətdən mənimsədiyini ortaya qoymuş oldu: “Astana toplantısı və orada qəbul edilən sənədlər TDT-nin daha mütəşəkkil təşkilat və güc kimi ortaya çıxması, türkdilli ölkələr, xalqları arasında inteqrasiyanın, daha sıx əməkdaşlıq formatının yaranması, beynəlxalq arenada ciddi oyunçu kimi qəbul edilməsi baxımdan mühüm rol oynayacaq.

Bu gün TDT siyasi, iqtisadi cəhətdən ciddi regional və beynəlxalq təşkilat kimi ortaya çıxıb. Qlobal sülh, sabitlik təhlükəsizlik sisteminə töhfə verməsi üçün bütün imkanlara malikdir. Bunun üçün təşkilata üzv ölkələrin, müşahidəçi statusunda çıxış edən ölkələrin coğrafiyasına, eyni zamanda qurumla əməkdaşlıq etmək istəyən ölkələrə nəzər salmaq yetərlidir. 

Digər mühüm məqam isə ondan ibarətdir ki, TDT-ni əhatə edən coğrafiya zəngin iqtisadi və enerji resursları baxımdan dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynaya bilər. Nəinki oynaya bilər, artıq oynayır da. Bu coğrafiya həmçinin dünyanın digər bölgələri üçün böyük bazardır və TDT ilə sıx əməkdaşlıq həmin ölkələrə iqtisadi baxımdan çox böyük mənfəət qazandıra bilər”.

Azərbaycanın oynadığı rola və TDT-nin ölkəmizə olan dividentləri barədə danışan deputat bildirib ki, bu bir neçə məqam baxımından ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir:

“Birincisi, Azərbaycanın İkinci Qarabağ savaşından sonra yaratdığı geosiyasi reallığın təmin edilməsi, daha ciddi oyunçu rolunda çıxış etməsi;

İkincisi, Azərbaycanın bölgənin flaqmanı rolunda çıxış etməsi;

Üçüncüsü, Qərblə Şərq arasında, o cümlədən Orta Asiya ilə daha ciddi körpü rolunda çıxış etməsi;

Dördüncüsü, Azərbaycanın beynəlxalq aləmdə rolunun möhkəmlənməsi, nüfuzunun artması və qarşıdakı problemləri daha rahat şəkildə həll etməsi;

Beşincisi, Orta Dəhlizin effektiv fəaliyyət göstərməsi və digər amillər baxımdan mühüm rol oynayır.

Ona görə də Azərbaycan ilk gündən TDT-nin daha quruma çevrilməsi baxımdan aktiv iştirak edir. 2009-cu il Naxçıvan Zirvə görüşü bunun bariz nümunəsidir. Onsuz da TDT-nin daha ciddi bir regional və beynəlxalq quruma çevrilməsi, Azərbaycanın xarici siyasətinin prioritetini təşkil edir. Azərbaycanın pandemiya dövründə təşkilata sədrlik etdiyi dövrdə oynadığı rola bütün dünyaya bəllidir. Azərbaycan TDT-nin nüfuzlu regional və beynəlxalq təşkilata çevrilməsi, onun əhatə edən coğrafiyanın genişlənməsi istiqamətində səylərini göstərib və bundan sonra da göstərəcək. Əminəm ki, nəticə etibarı ilə TDT türk dövlətlərinin sıx inteqrasiya olunmuş siyasi, iqtisadi və hətta hərbi bir birliyinə çevriləcək”.

Bənzər yazılar

0.15642786026001