Arayik İlham Əliyevin çıxışını içəridən belə izlədi - PARODİK VİDEO

 26-10-2023

"Planet Parni iz Baku" komandasının üzvləri Prezident İlham Əliyevin Xankəndidə xalqa müraciətində separatçı rejimin saxlanılaraq Bakıda dindirilən keçmiş "prezidentləri" barədə dediyi sözlərlə bağlı maraqlı səhnəcik hazırlayıb.

Görüntüdə Əməkdar artist Tahir İmanov Arayik Harutyunyanı, aktyor Ələkbər Əliyev isə Bako Saakyanı canlandırır.

Videoda əvvəlcə Prezident İlham Əliyevin "Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında” sözləri səslənir. Daha sonra qondarma rejimin keçmiş "prezidentləri"nin "istintaq təcridxanasında dialoqu" təsvir olunur:

"Təcridxana əməkdaşı": Çay necədir?
"Arayik Harutyunyan": Yaxşı çaydır.
"Təcridxana əməkdaşı": Yenə istəyirsiniz?
"Arayik Harutyunyan": Yox, çox sağ ol. Bəs qəhvə olar?
"Təcridxana əməkdaşı": Yox, olmaz!
"Arayik Harutyunyan": Niyə?
"Təcridxana əməkdaşı": Siz söz vermişdiniz ki, Bakıda yalnız çay içəcəksiniz.
"Bako Saakyan": Danışıdığına fikir ver də. Eşşəksən? Ət deyə bilmədin?

Sözügedən videonu təqdim edirik:

Billurə

 

Bənzər yazılar

0.19064593315125