Ceyhun Məmmədov: "Erməni keşişin ərəb xəlifəsinə məktubunu yaxşı xatırlayırıq"

 24-10-2023

“Bir neçə gündür, Ermənistan rəsmiləri ard-arda Qarabağdan onların təhriki ilə çıxmış ermənilərə təzminat verilməsi ilə bağlı bəyanatlar verirlər. Məlum olduğu kimi, Qarabağdan çıxan ermənilər özləri dəfələrlə bəyan etdilər ki, separatçılar onlara “Qarabağdan çıxın” deyilib, ona görə onlar bu əraziləri tərk ediblər”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O əlavə edib ki, burada digər diqqət çəkən məsələ Qərb dövlətlərinin Parlamentlərinin ard-arda Azərbaycan əleyhinə bəyanat vermələridir:

“Burada da Avropa Şurası və Fransanın izi özünü açıq göstərir. Heç şübhəsiz ki, bu məsələdə birmənalı olaraq heç kimin Azərbaycanı günahlandırmağa haqqı yoxdur. Təzminata gəldikdə isə onu Azərbaycan yox, Ermənistan verməlidir. 10.000 km ərazidəki bütün infrastrukturu, mədəni irsi dağıtdığına görə, Azərbaycan bu ərazilərin həqiqi sahibi kimi, azad etdiyi ərazilərdə hər şeyi olduğu kimi qoruyur və qoruyacaq. Kiminsə bunu bizə deməsinə ehtiyac yoxdur. 

Burada yenə belə bir haqlı sual yaranır: Niyə həmin bu dövlətlər Azərbaycana qarşı eyni münasibəti sərgiləmirlər? Ermənilər işğal etdikləri rayonlarımızda bütün dini abidələri dağıdıblar. Buradakı muzeylərdə olan tarixi abidələri Ermənistana və Avropaya daşıyıblar. Şuşa xalaçalarını Ermənisatanda erməni xalçası kimi təqdim ediblər. Görünür, yalançı xristian təəssübkeşliyi buna imkan vermir?

Ermənilər tarixi Azərbaycan torpaqlarındakı həmin avropalıların da din qardaşı olan albanların yüzlərlə kilsə və tarixi abidələrini dağıtmış və ya saxtlalaşdırmışlar.  

Biz hələ 8-ci əsrdə ermənilərin albanlara qənim kəsilərək həmin dövrdə erməni keşişin ərəb xəlifəsinə alban din xadimindən şikayət etdiyini və məktub ünvanladığını yaxşı xatırlayırıq. Məhz ermənilərin təhriki ilə 1836-cı ildə sinodun qərarı ilə Alban Apostol Kilsəsi ləğv olunaraq onun bütün mədəni irsi erməni kilsəsinə verildi.  

Bu gün Qarabağdakı tarixi kilsələrin hamısı albanlara aiddir, ermənilərə aidiyyəti yoxdur. Ermənistanın havadarları narahat olmasınlar. Onlar bizim abidələrdir. Tarixən olduğu kimi bu gün də biz o abidələrin həqiqi varisləri kimi onları qoruyacağıq. 

Burada düşünürəm, həmin Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsilərək onları dağıdıb və ya saxtalaşdırıblar.  Burada təzminatı Azərbaycan yox Ermənistan verməlidir, həm də albanların pozulmuş hüquqlarına görə ödəməlidir”.

Bənzər yazılar

0.18713212013245