Razi Nurullayev: “Qarabağda zəfər çalan Prezidentimiz ölkəmizdəki bütün problemləri həll edəcək”

 20-10-2023

Zəfər çalan xalq ədalətsizlik görmək və yaşamaq istəmir. Vəzifəli şəxslər xalqı incitmək yolundan çəkinsin, qanunla müəyyən edilmiş vəzifə borcunu yerinə yetirib vətəndaşı da borclu çıxarmasın, onun cibinə girməsin. 

Ölkə.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin plenar iclasında çıxışı zamanı deyib.

“Biz qələbə çalmışıq, fərqli dövlət olmuşuq və qanunsuzluq edənlərə də qarşı çəkinmədən mübarizə aparmaq və onları silib atmaq borcumuzdur və edəcəyik. Qarabağda zəfər çalan Prezidentin ölkəmizdə olan əyrilikləri də düzəldəcəyinə inanırıq və bu mübarizədə yanında dayanmağa hazır olduğumuzu bildirirəm”, - o bildirib.

 

 

Bənzər yazılar

0.15829205513