Əli Mirəliyev Yaqut Nərimanın ailəsindən üzr istədi: Allah məni bağışlasın - VİDEO

 17-10-2023

Müğənni Əli Mirəliyev "Azəristar" yarışmasının iştirakçısı olan və ötən gün qətlə yetirilən müğənni Yaqut Nərimanın (Həşimova) ailəsindən üzr istəyib.

Ölkə.Az xəbər verir ki, buna səbəb Ə.Mirəliyevin daha əvvəl xanım müğənni haqqında dediyi "bəzən içib məni yığırdı" sözləri olub:

"Allah Yaquta rəhmət eləsin. Bu, məni sizdən çox ağrıdır. Çünlki Azərbaycan musiqisinin gözəl müğənnisini itirmişik. Mənim ona səsinə görə böyük ümidlərim vardı. Ən çox zərbə mənə də dəydi. Allah rəhmət eləsin. Üzr istəyirəm. İçkili olan, mənə zəng edən o (Yaqut) deyildi, oğlan idi. O kişinin ad günü olmalı idi, mənə zəng eləmişdi.

Dedi Yaqutu da gör. Dedim vallah mən Yaqutun yerinə söz verə bilmərəm. Toy olub, Yaquta demişəm gəlməyib. Demişəm ki, siz özünüz Yaqutu tapın, mən özüm gələrəm. İçkili olan Yaqut deyildi. Anasından üzr istəyirəm. Allah taala məni bağışlasın". 

Qeyd edək ki, Ə.Mirəliyev daha əvvəl "Bizimləsən"  verilişinin efirinə zəng vuraraq Y.Nərimanın içkili şəkildə ona zəng etdiyini deməsi kəskin tənqid edilib.

 

Bənzər yazılar

0.16566491127014