Almaniya prezidenti Frank-Valter Ştaynmayer etiraf edib ki, onun Rusiyanın “Şimal axını-2” qaz kəmərinin tikintisinə lobbiçilik etməsi səhv addım olub.
Onun sözlərinə görə, Ukraynaya qarşı müharibə geosiyasi və geoiqtisadi dəyişikliklərin ən güclü dinamikasına səbəb olub ki, bunun nəticələri də gözlənilməzdir və heç kim bu nəticələrdən qaça bilməyəcək.
O əlavə edib ki, Almaniyanın məqsədi avtoritar dövlətlərdən iqtisadi müstəqilliyə nail olmaqdır.
“Biz öz məqsədlərimizi nəzərə alaraq demokratiyalarımızı, iqtisadiyyatlarımızı dayanıqlı etməliyik: qaydalara əsaslanan dünya nizamı və liberal, ədalətli, iqlimə uyğun qlobal iqtisadiyyatı qorumalıyıq”, - prezident bildirib.
Xatırladaq ki, Ştaynmayerin özü də Rusiya Federasiyası ilə sıx əlaqələrə görə dəfələrlə tənqid olunub. Siyasətçi Rusiyanın Ukraynaya təcavüzündən sonra Putinin hərəkətlərini pisləyib və hətta Rusiya Federasiyasının siyasi rəhbərliyini tribunala cəlb etməyə çağırıb.
Mənbə: unian.net