Ən böyük loukoster aviabiletlərin qiymətini ARTIRIR

 04-07-2022

Dünyanın ən böyük aşağı büdcəli uçuşlar həyata keçirən aviaşirkəti “Ryanair”-in baş direktoru Maykl O'Liri bildirib ki, aviaşirkətin biletlərinin qiymətləri əsassız olaraq çox aşağıdır və uçuşların qiyməti beş il ərzində mərhələli şəkildə artırılacaq.

Şirkət rəhbəri bu barədə “Financial Times”a müsahibəsində danışıb.

“Mən hər dəfə Londonun “Stansted” hava limanına uçanda Londonun mərkəzinə qatarla getməyin təyyarə biletindən daha baha olmasını absurd hesab edirəm”, - deyə o, bəyan edib.

O'Lirinin sözlərinə görə, aşağı büdcəli reyslər üçün biletlərin qiyməti hazırkı orta səviyyədə olan 40 avrodan 50-60 avroya qaldırılacaq.

Şirkət rəhbəri artımın səbəbini yüksək neft qiymətləri və ekoloji vergilərin artması ilə izah edib.

Mənbə: rbc.ua

Bənzər yazılar

0.20152807235718