Sosial şəbəkələrdə elm və təhsil naziri Emin Əmrullayevin fotosu viral olub.
Kommersant.az xəbər verir ki, onun tədbirdə oxşarı ilə görüntülənməsi maraq doğurub.
Nazirin fotosu müzakirə predmetinə çevrildikdən sonra sözügedən şəkil qurumun rəsmi saytından və sosial media hesabından çıxarılıb.
Lakin bəzilərinin fikrincə, foto, ümumiyyətlə, rəsmi məlumatda yer almayıbmış.
Maraqlıdır ki, tədbirdən görüntülər yayan digər qurumların relizində də sözügedən şəkil yoxdur.
Qeyd edək ki, nazir Bərdədə təşkil edilən Aqrar İnnovasiya Festivalında iştirak edib. Bərdə peşə liseyində təşkil edilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin bütün tabe qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdindəki bir sıra peşə təhsili müəssisələri və 80-dən çox yerli, xarici şirkət nümayəndələri, həmçinin müxtəlif startapçılar iştirak ediblər.