71 yaşlı qonşusunu öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb

 22-06-2023

Lənkəranda 71 yaşlı qonşusunu tamah məqsədi ilə qətlə yetirməkdə təqsirli bilinən Əminağa quliyevin cinatər işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

"Ölkə.Az" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmə baxış iclası iyunun 25-nə təyin olunub.

Qeyd edək ki, bu il fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa təhvil verilib.

Bənzər yazılar

0.34860706329346