Bakıda yanan avtomobilin söndürülməsinin görüntüləri - VİDEO

 22-06-2023

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Z.Xəlilov küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin məlumatına görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində VAZ-2121 markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bənzər yazılar

0.31454491615295