Sabiq hakim pensiyasından narazı qaldı, məhkəməyə üz tutdu

 16-06-2023

Bakı Apellyasiya Məhkəməsinin sabiq hakimi Seyidova Səriyyə Seyid qızı ona təyin edilən pensiyanın məbləği ilə razılaşmır.

Qaynarinfo-nun məlumatına görə, pensiya məbləğinin artırılmasını tələb edən 73 yaşlı sabiq hakim bu səbəbdən Bakı İnzibati Məhkəməsinə müraciət edib.

İşə hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Səriyyə Seyidova ümumilikdə 20 il hakim işləyib, onun son 13 ilini isə Bakı Apellyasiya Məhkəməsində çalışıb. 2020-ci ildə təqaüdə göndərilib.
 

Bənzər yazılar

0.38435697555542