Aytən Ələkbərova dəhşətli faktlar açıqladı: “Onlar boşanmış qadınları yoldan çıxarırlar”

 06-05-2024

Son vaxtlar sosial şəbəkələrdə bəzi psixoloqların boşanmış və ya boşanmaq istəyən qadınlara tamamilə yanlış yol göstərdiyi ilə bağlı iddialar səslənir. Onlar psixoloqların qadınları səhv addım atmağa sövq etdiyini bildirirlər. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bu cür psixoloqların kifayət qədər çox olduğunu bildirib: 

“Son dövrlər boşanmaların sayının artması ilə qeyri-peşəkar “psixoloqlar” da artıb, mən onları psixoloq belə adlandıra bilmirəm, onlar sadəcə danışmaqla insanları yanlış yola aparırlar. Bu da ondan irəli gəlir ki, həmin şəxsin özünün əxlaqı keyfiyyətləri formalaşmayıb. 

Boşanmaq niyyəti olan xanımın müraciətində öncə onun psixi xüsusiyyətini müəyyən edirik, biz onun psixi xüsusiyyətinə görə, onu narahat edə biləcək problemi tapıb önyarğıya çəkirik”. 

A.Ələkbərova bildirib ki, öncə pasiyentin psixi durumuna baxılmalı, daha sonra ona düzgün yol göstərilməlidir.

Onun sözlərinə görə, 85 faiz hallarda boşanmaq istəyən pasiyentlərini bu fikirdən döndərə bilir: 

“Bu gün 3 uşağı olan qadın boşanmaq qərarına gəlirsə, əvvəlcə bilmək lazımdır ki, problem nədir. Əgər səni yoldaşının kobud rəftarı narahat edirsə, nəzərə almalısan ki, sabah boşansan 3 uşağı damın altında qoyub gedib haradasa çalışmalısan ki, o uşaqlara baxa biləsən. Hansı daha çətindir? Biz gələn insana bu sualı veririk. 

Bu sualları verdikdən, qarşımızdakı şəxsin psixoloji temperamentini öyrəndikdən sonra ona yardım edirik. 26 ildir ki, bu peşədəyəm. Yanıma boşanma ilə bağlı gələn pasiyentlərin 85 faizinə ailəni möhkəmləndirməyi məsləhət görmüşəm. Ailədə qalıb bir-birinizi tanıdıqca, bir-birinizin psixi xüsusiyyətlərinə alışdıqca, ortada yaranan konfliktləri dərk edərək qəbul etdikdə boşanma ehtiyacı azalır. Yanıma gələn pasiyentlər bunu anladıqca, boşanmadan vaz keçirlər. 85 faiz hallarda bu, belə olur. Digər 15 faiz isə vaz keçmir, çünki buna ciddi səbəblər olur: ya o şəxsiyyət pozuntusundan əziyyət çəkən birinin yanındadır və ya həyat yoldaşı narsist, narkoman, iqraman, kliptoman biridir. Bu kimi hallarda həmin şəxsin yanında qalıb sabah hansısa faciənin baş verməyini gözləmək lazım deyil. Belə situasiyalarda artıq çıxış yolu yoxdur və boşanma mütləqdir. Amma sıradan səbəblərdən ötrü buna gərək yoxdur. 

Bəzən elə qadınlar gəlir ki, deyir sizdən əvvəl başqa psixoloqda oldum, dedi ki, ailəni dağıtma, amma sənin də yaşamağa haqqın var. Baxın, öz əxlaqını formalaşdıra bilməyən biri, sabah övladlarına necə tərbiyə verəcək”. 

 

Bənzər yazılar

0.10837006568909