Şamo Mürşüdov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırova yeni müşavir təyin edilib.
Şamo Mürşüdoun dosyesini təqdim edir:
Karyera
O, professional iş həyatına 2001-ci ildə MainStaff beynəlxalq kadr agentliyində başlayıb. Daha sonra "Development Services Group"da “Namizədlərin seçimi və inkişafı bölməsi”nin rəisi, "Atəşgah Sığorta" Şirkətində “İşə qəbul üzrə menecer” və “HR koordinator”, "Bank Respublika" ASC-nin “İşə qəbul və seçim şöbə"si və “Mükafatlandırma və motivasiya tədbirləri şöbə”sinin müdiri kimi çalışıb.
Bu vəzifəyə qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Təhsili
Ş. Mürşüdov Kommersiya Menecment Universiteti (İngiltərə) Biznes sektorunda insan resurslarının idarə edilməsi, "Capella University"də (ABŞ) HR menecment, "American Society for Training and Development"də (USA) (CPLP TM – Certified Professional in Learning and Performance oxuyub.
İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun (CIPD-İngiltərə), Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun (AIRP- İngiltərə), "Ericson Coaching International"ın üzvüdür, "ICF-International Coach Federation" tərəfindən təsdiqlənən "Erickson Coaching International"a məxsus "Professioanl Coach ECC və EPCC" dərəcəsini qazanıb.