Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.
APA-nın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Arzu Bəxtiyar qızı Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat məlum olub.
Hadisə qısqanclıq zəminində baş verib.
Yoldaşının başqası ilə danışdığından şübhə edən Fikrət Balabəyov həyat yoldaşı Arzu Balabəyovla mübahisə edib daha sonra ona çoxsaylı bıçaq xəsarətləri yetirib.
Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.