Tbilisidə AXC qurucularının məzarları ZİYARƏT OLUNUB

 28-05-2022

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümü günündə ilk respublikanın qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirələri anılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatının əməkdaşları Tbilisi Nəbatat Bağında azərbaycanlıların panteonunda cümhuriyyət dövrünün görkəmli ictimai-siyasi xadimlərinin məzarlarını ziyarət ediblər.

AXC banilərinin xatirəsi ehtiramla yad edilib, qəbirləri üstünə gül dəstələri düzülüb.

28 May – Müstəqillik Günü münasibətilə öncə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü, Rustavi şəhərindəki abidəsi ziyarət olunub. Gürcüstan paytaxtında Heydər Əliyev adına sahil boyunda yerləşən stelanın önünə də çiçəklər qoyulub.

Bənzər yazılar

0.36947393417358