Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini QƏBUL EDİB

 28-05-2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Hulusi Akarın səfərinin hərbi sahədə əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Türkiyənin milli müdafiə naziri 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib. Qeyd edilib ki, bu bayram günündə də bir yerdə olmağımız qardaşlıq rəmzidir.

Söhbət zamanı Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Festivalının önəminə toxunulub və bu tədbir yüksək səviyyəli münasibətlərimizin bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımızın uğurla davam etdiyi qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

0.3427951335907