Rusiyada “Taliban” qadağası götürüldü

 17-04-2025

Rusiya Ali Məhkəməsi baş prokurorun “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı vəsatətini təmin edib.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, qərar dərhal qüvvəyə minir, yəni “Taliban” terror təşkilatları siyahısından çıxarılacaq.

Ali Məhkəmənin iclası bağlı qapılar arxasında keçirilib.

Qeyd edək ki, 2021-ci ildə Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı BMT Təhlükəsizlik Şurasının müvafiq siyahıya daxil etməsindən sonra 2003-cü ildə Rusiyada terror təşkilatı kimi tanınıb.

2021-ci ilin oktyabrında ölkə Prezidenti Vladimir Putin Rusiyanın “Taliban”ı terror təşkilatları siyahısından çıxarmaq üçün qərar verməyə yaxınlaşdığını, lakin bu qərarın yenidən BMT-də verilməli olduğunu deyib.

Bənzər yazılar

0.066376924514771