Helikopter sürə bilməyən şəxsdən uğursuz oğurluq cəhdi

 17-03-2023

Kaliforniyanın (ABŞ) Sakramento hava limanında “Bell 429” helikopteri uğursuz qaçırılmaq cəhdindən sonra qəzaya uğrayıb.

Bu barədə yerli hüquq mühafizə orqanlarından məlumat verilib.

Şübhəli hadisə yerindən qaçıb.

“Hazırda heç kim saxlanılmayıb”, - deyə polisdən bildirilib.

O da vurğulanıb ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Helikopterin məxsus olduğu “Capitol Helicopters” şirkətindən “Bell 429”un ciddi zədələndiyi bildirilib.

Bundan əlavə, şirkətə məxsus daha bir neçə helikopter də vandalizmə məruz qalıb. İstintaqa Federal Təhqiqat Bürosu qoşulub.

Mənbə: TASS

Bənzər yazılar

0.37413001060486