Güclü külək paytaxtda AĞACLARI AŞIRIB

 09-02-2023

Ötən gecədən başlayan güclü külək paytaxtda ağacları aşırıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Milletinsesi.info-a verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq, bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.

Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilib görürülərək, ərazi təmizlənib.

 

Bənzər yazılar

0.45971393585205