Ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan və hazırda həbsdə olan "Broker” MMC-nin sahibi, "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov və oğlu Murad Məlikov barəsində yeni məhkəmə iddiaları qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, İmanov Rizvan Gülmüxan oğlu Murad Əbülfəz oğlu Məlikov və “Aqro-Mur” MMC barəsində, Rüfət Oqtay oğlu Nağıyev Əbülfəz Məlikov, həmçinin "MA Group” və "Agro Land MMC” barəsində, Xaqani Alcan oğlu Qaybalıyev isə Murad Məlikov və “Aqro Səlyan” MMC barəsində iddia qaldırıb.
Hər 3 iddia korporativ mübahisələrlə əlaqədar qaldırılıb.
İddialar Bakı Kommersiya Məhkəməsinin hakimləri Zeynəb Axundova, Nərmin Əhmədova və Leyla Əliyevanın icraatına verilib.
Müəəlif A. Cəfərov
Mənbə Yeniavaz.com