Aqil Əliyevin oğlunu məhkəməyə VERDİLƏR

 16-01-2023

“Riyad-Renta” MMC və onun qanuni təmsilçisi Əliyev İlqar Aqil oğluna qarşı məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Şahbazov Şahbaz Qara oğlu tərəfindən irəli sürülüb.

Şahbaz Şahbazov eyni zamanda İlqar Əliyevin oğlu Riyad Əliyev, Məmmədov İlham Almas oğlu, həmçinin Bank Olmayan Kredit Təşkilatı “Şah-Sevən Finans” MMC, “Araz-2011 A” MMC və “Mansa Arisa” MMC barəsində də iddia qaldırıb.

İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənova tərəfindən 25.01.2023-cü il tarixində baxılacaq.

Qeyd edilir ki, məhkəmə iddiası müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə qaldırılıb.

Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan İlqar Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin oğludur.

İlqar Əliyevin rəhbərlik etdiyi “Riyad-Renta” MMC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 min manat olan MMC-nin hüquqi ünvanı Ak. Həsən Əliyev, ev 1061-ci məhəllədə yerləşir.

Onu da bildirək ki, İlqar Əliyev barəsində iddia qaldıran Şahbaz Şahbazovun Tibb Universitetinin professoru olduğu deyilir. Eyni zamanda Şahbaz Şahbazovun vaxtı ilə İlqar Əliyevlə biznes ortaqlığının olduğu bildirilir.

Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.58530402183533