Qusarın Bədişqala kəndində kişi arvadını öldürüb, ÖZÜ DƏ İNTİHAR ETDİ

 19-04-2022

Aprelin 19-u Qusar rayonu, Bədişqala kəndi ərazisində 1982-ci il təvəllüdlü Marat Yüzbəyov və 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Qusar rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Sənubər Yüzbəyovanın əri Marat Yüzbəyovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sənubər Yüzbəyovaya xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, bu, son günlər baş verən 3-cü anoloji cinayətdir. Bundan əvvəl Zaqatala və Qubada da ər arvadını öldürüb intihar etmişdi.

Bənzər yazılar

0.2377188205719