Şuşada növbəti dəfə Milli Məclisin komitələrinin birgə iclası keçiriləcək.
Bu barədə Milli Məclis məlumat yayıb.
Birgə iclasın aprelin 27-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl, aprelin 8-də Şuşada parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclası keçirilmişdi.
Onu da bildirək ki, Milli Məclis parlament komitələrinin iclaslarının Şuşada keçirilməsi üçün qrafik tərtib edib.