6 ayda «Azərişıq»dan 36 milyon manatlıq sifariş alıb - “Smart Energy Services” MMC-nin TENDERLƏRİ

 29-11-2022

“Azərişıq” ASC “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Masallı rayonu Tatyanoba, Güllütəpə, Yeni Zuvand, Əmirtürbə, Meşəkənarı və Məmmədxanlı kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” və  “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Cəlilabad rayonu Çünzəli, Qaraağac, İncilli, Xəlilabad kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderlərinin nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Smart Energy Services” MMC olub.

Şirkətlə birinci tender üzrə 4 milyon 127 min 988, ikinci tender üzrə 2 milyon 601 min 896 manat dəyərində müqavilə imzalanıb.

Bağlanmış tenderlərin ümumi dəyəri 6 milyon 729 min 884 manat təşkil edib.

Bundan başqa, “Smart Energy Services” MMC şirkəti 2022-ci ilin təkcə son 6 ayında «Azərişıq» ASC-dən 30 milyrn manata yaxın həcmdə tender sifarişi alıb.

“Smart Energy Services” MMC-in tenderləri Şəmkir, Neftçala, Masallı, Kəlbəcər, Laçın v Ağdam rayonlarında elektrik enerjisi xətlərinin çəkilməsi, xətlərin yeniən qurulması və müxtəlif avadanlıqların qurulması ilə bağlı olub.

“Smart Energy Services” MMC-in «Azərişıq» ASC-dən bu il ərzində qazandğı tenderlər aşağıdakılardır.

S/N

Satınalan

təşkilatın adı

Musabiqənin adı

klifin qiyməti

(AZN)

 

Tarix

 

1

“Smart Energy Services” MMC

(1504953841)

Şəmkir rayonu İrmaşlı kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri

3 948 302

14.11.2022

2

“Smart Energy Services” MMC

(1504953841)

Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Mayak, Qırmızı şəfəq, Yenikənd kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri

1 507 814

02.11.2022

3

“Smart Energy Services” MMC

(1504953841)

Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Masallı rayonu, Hacıtəpə və Həsənli kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri

2 246 923

15.10.2022

4

“Smart Energy Services” MMC

(1504953841)

Kəlbəcər rayonu, Qamışlı yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq kabel xətlərinin çəkilməsi və müxtəlif güclərdə KTM-lərin quraşdırılması işlərinin satın alınması

3 410 367

03.10.2022

5

“Smart Energy Services” MMC

(1504953841)

Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Qaraqaşlı, Beşdəli, Cəngən, Ərəbqardaşbəyli, kəndləri əzisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri

3 294 964

03.10.2022

6

“Smart Energy Services” MMC

(1504953841)

Laçın rayonu ərazisində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq "Güləbird" stansiyasından Minkənd yaşayış məntəqəsinə çəkiləcək 35 kV-luq ÖİN xəttinin Laçın yoluna(dəhliz) düşən hissəsinin elektrik təchizatı işlərinin satın alınması

3 078 398

15.09.2022

7.

“Smart Energy Services” MMC

(1504953841)

Ağdam şəhərinin ilkin mərhələdə elektrik təchizatının təmin olunması məqsədilə 2(iki) ədəd (TM №1 və TM №2) 35/0,4 kV-luq 4x2500 kVA gücündə Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması

11 637 560

27.05.2022

                                                 YEKUN: 29 124 418

Bənzər yazılar

0.13965511322021