Tovuz rayonunda törədilən qətlin təfərrüatı MƏLUM OLUB

 16-11-2022

Tovuz rayonunda törədilən qətlin bəzi təfərrüatı məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü R.Rüstəmova əri, 1987-ci il təvəllüdlü X.Rüstəmovdan ayrıldıqdan sonra babası evinə gəlib, orda yaşayırmış. 

Axşam saatlarında qadın ata evlərinə yaxın olan babası evində olan zaman keçmiş əri ora gəlib və aralarında mübahisə yaşanıb. Bu zaman X.Rüstəmov üzərində olan bıçaqla ona bir neçə zərbə vurub, daha sonra boğazını kəsib. Hadisə yerinə evin gəlini gəlib və ətrafdan kömək istəyib. 

Cinayəti törətməkdə şübhəli bilinən şəxs isə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib ki, dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb: “Tovuz Rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi məlum olub. Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov maddi sübtla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib”.

İlkin istintaq zamanı aydın olub ki, qətli törətməkdə şübhəli bilinən X.Rüstəmov cib bıçağı ilə həyat yoldaşına bir neçə zərbə vuraraq başını kəsmək istəmiş, lakin kəsə bilməmişdir.

Hazırda cinayət işi üzrə araşdırmalar davam edir.

Bənzər yazılar

0.44418287277222