Birgə yaşadığı qadını baltalayan KİŞİ SAXLANILIB

 15-11-2022

Cəlilabad sakini birgə yaşadığı qadını baltalayıb.

APA xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb.

Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda yaşadığı 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.

Onu da bildirək ki, Cəlilabadda arvadını baltalayan şəxs tutulub.

Bu barədə Milletinsesi.info-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Bildirilib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. Ş.Bayramov şübhəli şəxs qismində tutulub. Zəruri istintaq hərəkətləri davam etdirilir.

Bənzər yazılar

0.41109800338745