Talıbovun ailə üzvlərinə məxsus olduğu deyilən “Gəmiqaya Holdinq”ə bağlı daha 2 şirkət YENİDƏN TƏŞKİL OLUNUR

 31-10-2022

Ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı 2 şirkətdə - Gəmiqaya Holdinq Şirkətlər İttifaqının "Gəmiqaya Nəqliyyat" MMC (VÖEN – 0200582961) və "Gəmiqaya Meyvə Məhsulları" MMC (VÖEN – 0200219441) yenidən təşkil olunduqlarını elan ediblər.

Yeniavaz.com xəbər verir ki, “Gəmiqaya Meyvə Məhsulları” MMC-nin tərkibindən “Pastfarm” MMC, "Gəmiqaya Nəqliyyat" MMC-nin tərkibindən isə “Gəmiqaya Servis” MMC ayrılıb.

Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi həyata keçirilib. Bu ayın əvvəlində "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC-nin (VÖEN – 0200631761) nizamnamə kapitalı 400 manatdan 200 manata düşürülüb. Sentyabr ayında isə “Gəmiqaya Satış Mərkəzi” MMC (VÖEN – 0201208491) nizamnamə kapitalını 100 manatdan 40 manata endirib.

Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuatda bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvlərtinə məxsus olması barədə məlumatlar yayılır və bu günə kimi təkzib olunmayıb.

Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü "Gəmiqaya Holdinq"in rəhbəri kimi qeyd edib.

Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

MƏNBƏ Yeniavaz.com

Bənzər yazılar

0.26394701004028