Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.
“Report” xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna yeni - 36-1.2.5-ci bənd əlavə olunur.
Yeni bəndə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.