Luis Suares karyerasını Milli Futbol Liqasında davam etdirəcək.
Karyerası ərzində “Liverpul”, “Barselona” və “Atletiko” (Madrid) kimi klublarda forma geyən hücumçu “Los Anceles Qalaksi”yə keçəcək.
Uruqvaylı yeni komandaya 2022-ci il dünya çempionatı başa çatdıqdan sonra qoşulacaq. Turnirin finalı dekabrın 18-də baş tutacaq.
35 yaşlı forvardın “Nasional”la müqaviləsi dünya çempionatının startına qədər davam edəcək.
Qeyd edək ki, bir müddət əvvəl Uruqvay klubunun prezidenti müqavilənin uzadılmayacağını bildirmişdi.
Mənbə: sports.ru