Zakir Həsənovdan Məhəmməd Hüseyn Bağerinin ölümü ilə bağlı BAŞSAĞLIĞI

 13-06-2025

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

Bu barədə MillətinSəsi.İnfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığı mesajında bildirilib:

"İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm".

Bənzər yazılar

0.06243896484375